İş barədə məlumat
Köçürmələr icra edilərkən vəsaiti alan və vəsaiti göndərən tərəfləri Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısı, habelə Maliyyə Monitorinqi Xidməti tərəfindən qəbul edilmiş əməkdaşlıq etməyən ölkələrin siyahısı üzrə Bankın struktur bölmələri tərəfindən yoxlanılmasını təmin etmək, bu işə daim nəzarət etmək;
Tələb olunan hesabatlılığın hazırlanması;
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (bundan sonra ƏL/TMM) qarşısının alınması məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;