Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Daxili nəzarət (maliyyə sahəsi üzrə)

Razılaşma
Kredit Evi ASC

Baxışların sayı: 18

Elan #17149

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
31.03.2026
Bitmə tarixi
18.04.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Audit
Alt kateqoriya
Nəzarət

İş barədə məlumat

Gündəlik maliyyə əməliyyatlarının (ödənişlər, köçürmələr, kassa əməliyyatları və s.) yoxlanılması və nəzarət edilməsi;
Mühasibat sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgünlüyünün və uyğunluğunun qiymətləndirilməsi;
Daxili prosedur və qaydalara əməl olunmasına nəzarət;
Şübhəli və ya uyğunsuz maliyyə əməliyyatlarının aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
Gündəlik və aylıq nəzarət hesabatlarının hazırlanması;
Filial və struktur bölmələrdə aparılan maliyyə əməliyyatlarının monitorinqi;
Limitlərə və təsdiq prosedurlarına əməl olunmasının yoxlanılması;
Nağd və qeyri-nağd əməliyyatların uyğunluğunun yoxlanılması;
Aşkarlanmış nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət;
Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Bizim sizə təklifimiz:

Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Namizədə tələblər

Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə);
Minimum 1-2 il daxili nəzarət, maliyyə, mühasibatlıq və ya əməliyyat nəzarəti sahəsində iş təcrübəsi;
Gündəlik maliyyə əməliyyatlarının yoxlanılması və nəzarəti üzrə təcrübə;
Mühasibat uçotu prinsipləri və maliyyə hesabatları üzrə baza biliklər;
Vergi qanunvericiliyi və maliyyə əməliyyatlarının əsasları üzrə anlayış;
MS Excel və digər MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik düşünmə və detallara diqqət;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Komanda ilə işləmək və kommunikasiya bacarıqları;
Ezamiyyət imkanı (olduqda üstünlükdür).

E-mail: hr@kreditevi.az / info@finstaff.az