İş barədə məlumat
Simurg MMC-ə mühasib tələb olunur.
Vəzifə öhdəlikləri:
- Gündəlik satış və alış əməliyyatlarının sistemə işlənilməsi;
- Hazır məhsulların istehsal prosesində iştirak etmək, maya dəyərlərini daim nəzarətdə saxlamaq, yeni məhsulların maya dəyərlərinin hazırlanması;
- Debitor və kreditorlarla hesablaşmaları aparmaq;
- Kassa və bank ödənişlərini həyata keçirmək;
- ƏDV, Statistika, Vahid bəyannamə və İllik mənfəət vergisi bəyannamələrini tərtib etmək;
- İstehsalat komandası ilə daim əlaqəli çalışmaq, xərclərə nəzarət etmək;
- Aylıq mənfəət-zərər hesabatı tərtib etmək.
Əmək şəraiti:
- İş qrafiki: Həftənin 5 günü: saat 09:00 - 18:00
- Əmək haqqı: 700-900 AZN
- İş yeri: Bakı şəhəri, Hüseyn Cavid pr. 520/2
- Email: cv@simurg.co.az
Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini başlıqda "Mühasib" qeyd etməklə email ünvanına göndərə bilərlər.