Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Daxili Nəzarət və Dələduzluq araşdırılması üzrə kiçik mütəxəssis

Razılaşma
PASHA Insurance

Baxışların sayı: 27

Elan #17100

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
13.03.2026
Bitmə tarixi
11.04.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Audit
Alt kateqoriya
Nəzarət

İş barədə məlumat

PAŞA Sığorta ASC namizədləri Daxili Nəzarət və Dələduzluq araşdırılması üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Daxili nəzarət və dələduzluq araşdırılması sahəsində yüksək peşəkarlıq tələb edən bu vəzifə, şirkətin gündəlik əməliyyatlarının daxili qaydalara və prosedurlara uyğunluğunun təmin olunmasında, risklərin idarə edilməsində və dələduzluq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Namizəd, monitorinqlər və araşdırmalar vasitəsilə şirkətin fəaliyyətinin şəffaflığını və etibarlılığını artırmaqda, həmçinin risklərin vaxtında aşkarlanmasında və hesabatlılığın təmin edilməsində əsas iştirakçı olacaqdır.

Öhdəliklər

Şirkətin gündəlik əməliyyatlarının daxili qaydalara və prosedurlara uyğunluğunu yoxlamaq üçün daimi monitorinqlərdə iştirak etmək
Baş vermiş və ya ehtimal olunan dələduzluq insidentlərinin araşdırılmasına dəstək olmaq
Araşdırma zamanı daxili sistemlərdən məlumatların çıxarılması, sənədlərin yoxlanılması
Sübut toplama və müsahibə texnikaları üzrə bilikləri tətbiq etmək
Yüksək riskli proseslər üzrə nəzarət mexanizmlərinin monitorinqində iştirak etmək və risk sahələrinin müəyyənləşdirilməsinə dəstək olmaq
Daxili prosedurlarının mövcudluğunu və effektivliyini qiymətləndirilməsində iştirak etmək
Dələduzluq hallarının qarşısının alınması məqsədilə nəzarət mühitinini qiymətləndirilməsinə dəstək vermək
Aparılmış monitorinq və araşdırmalar üzrə hesabatları hazırlayaraq Daxili Nəzarət və Dələduzluq Şöbəsinin Rəhbərinə təqdim etmək

Bizim Təklifimiz

Peşəkar və dinamik komandada əməkdaşlıq imkanı
Davamlı öyrənmə və inkişaf mühiti
Şəffaflıq və qarşılıqlı hörmətə əsaslanan iş mühiti
Fərdi və peşəkar inkişaf üçün dəstək
Great Place To Work sertifikatlı şirkətdə çalışma imkanı.

Namizədə tələblər

Mürəkkəb məlumatları şərh etmək və analiz etmək bacarığı
Risklərin ilkin qiymətləndirilməsi bacarığı
Dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Məlumatların analizində Excel-dən effektiv istifadə
Etik davranış və məxfilik prinsiplərinə riayət
Problemlərin həllinə yönümlülük və güclü analitik bacarıq
Əməkdaşlıq və keyfiyyət yönümlülük
Öyrənməyə açıqlıq və çeviklik
Emosional stabillik və məsuliyyətli olmaq
Stressə davamlılıq
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə

Maliyyə, Audit, İqtisadiyyat üzrə ali və ya magistr təhsili arzuolunandır
1-3 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Peşəkar sertifikata (CFE, CIA, ACCA) üstünlük verilir

E-mail:recruitment@pasha-insurance.az / info@finstaff.az