İş barədə məlumat
Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.