İş barədə məlumat
Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunun tənzimlənməsi;
Bütün struktur vahidləri ilə birlikdə hazırlanan Biznes Proseslər toplusunda (BPU) dəyişikliklərin idarə olunması;
Normativ sənədlərin yaradılması və təsdiqindən tutmuş, arxivləşdirilməsinə qədər bütün mərhələlərinin idarə edilməsi;
Normativ sənədlərdə formatlaşdırma, terminologiya və üslubun standartlaşdırılması üçün qrup lideri ilə müzakirələrin edilməsi və sənədlərin standartlara uyğunluğunun təmin edilməsi;
Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsi;
Biznes proseslərinin mövcud təşkilati struktura uyğunluğunun təmin edilməsi;
RPA layihəsi çərçivəsində əl ilə görülən işlərin müəyyən edilməsi, vaxtının ölçülməsi və RPA layihəsi ilə məşğul olan müvafiq əməkdaşlara bu barədə məlumatın verilməsi;
Cari iş addımlarını dəqiq təsvir edən hərtərəfli biznes prosesi modellərini inkişaf etdirmək üçün qabaqcıl modelləşdirmə üsullarından istifadə edilməsi;
Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmin edilməsi;
Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstəyin göstərilməsi;
Proseslə bağlı problemlər ortaya çıxdığı halda effektiv həllər tapmaq üçün analitik və problem həll etmə bacarıqlarından istifadə edilməsi;
Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və tələb olunan məlumatların toplanıb araşdırılması;
Büdcədənkənar işə qəbul lazım olduqda və ya strukturlara yeni iş ötürüldükdə İR sorğusu əsasında iş yükünün ölçülməsi;
Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması;
Görülən işlərin qeydiyyatının aparılması və təqdimatların hazırlanması.