İş barədə məlumat
İş şəraiti:
İş yeri: Şirkətin ofisi;
İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Vəzifə öhdəlikləri:
Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması
Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanması (ƏDV, HŞƏV, ÖMV və s.)
Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun olaraq vaxtında yığılmasının təmin edilməsi
Ödənişlərin icra edilməsi və köçürmələrin internet banking sistemi vasitəsilə düzgün aparılması
Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanılması və ödənişlərlə bağlı vaxtında məlumatlandırmanın təmin edilməsi
Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət
Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət
Əsas vəsaitlər üzrə əməliyyatların aparılması və uçotunun təşkili
Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsinin təmin edilməsi
Ayın bağlanması prosesində iştirak və aylıq maliyyə hesabatlarının hazırlanması
İllik büdcənin hazırlanması prosesində iştirak
İlkin sənədlərin qəbulunun və uçota hazırlanmasının təmin edilməsi
Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak