Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Şirvan filialının Problemli Kreditlərin Təqibi üzrə Regional Təmsilçisi

Razılaşma
Xalq Bank

Baxışların sayı: 9

Elan #17040

Şəhər
Şirvan
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
04.03.2026
Bitmə tarixi
23.03.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Problemli Kredit portfelində olan müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi, girov predmetinə, eləcə də müştərinin biznesinə baxışın keçirilməsi;
Problemli Kredit portfelində olan müştərilərə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin edilməsi, zəruri olduqda yazışmaların aparılması;
Bankın balansında olan, eləcə də onun törəmə cəmiyyətlərinin mülkiyyətində olan əmlakların vaxtaşırı monitorinqinin, satışının və icarəsinin həyata keçirilməsi ilə bağlı müvafiq işlərin aparılması.

Namizədə tələblər

Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsilin olması;
Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 1-2 illik iş təcrübəsi;
Yaxşı səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

E-mail:cv@xalqbank.az / info@finstaff.az