İş barədə məlumat
Haqqımızda:
Biz qürurla innovativ tüstüsüz məhsulların aparıcı təchizatçısı olan Philip Morris International-ın distribyutoru kimi xidmət edirik. Davamlılığa, keyfiyyətə və istehlakçı məmnunluğuna diqqət yetirərək, biz Azərbaycan bazarına ən müasir tüstüsüz həllər təqdim edirik.
İşin təsviri:
Debitor Borclar üzrə Mühasib şirkətə olan borcların düzgün uçotunu aparır, ödənişlərin vaxtında daxil olmasına nəzarət edir və debitor borcların idarə olunmasını təmin edir.
Vəzifə öhdəlikləri:
• Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) uçotu, izlənməsi və analizi;
• Müştərilərdən daxil olan pul vəsaitlərinin düzgün şəkildə 1C proqramında uçotunun aparılması;
• Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın həyata keçirilməsi, borcların yığılması;
• Satışla bağlı ilkin uçot sənədlərinin və müqavilələrin yoxlanılması;
• Hesab-fakturaların və elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
• Pul vəsaitlərinin daxilolma prosedurlarına nəzarət (o cümlədən internet banking üzərindən əməliyyatların yoxlanılması);
• 1C və Excel proqramlarında gündəlik əməliyyatların daxil edilməsi və izlənməsi;
• Gündəlik və aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Rəhbərlik tərəfindən verilmiş digər mühasibatlıq yönümlü tapşırıqların icrası.