Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əmək haqqı üzrə mühasib

Razılaşma
GESCO ASC

Baxışların sayı: 30

Elan #17018

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
02.03.2026
Bitmə tarixi
26.03.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat və digər ödənişlərinin qanunvericiliyə uyğun və dəqiq hesablanmasını təmin etmək;
Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər məlumatlar əsasında ödənişlərin icrasını həyata keçirmək;
Əmək haqqı üzrə məlumatların vaxtında və düzgün şəkildə müvafiq elektron sistemlərə daxil edilməsini təmin etmək;
Aylıq, rüblük və illik əmək haqqı hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Əmək haqqı və digər maliyyə məlumatlarının məxfiliyini təmin etmək;
Rüblük Vahid bəyannaməni hazırlamaq və Vergi orqanına təqdim olunmasını təmin etmək
İşçilərin əmək haqqı və ödənişlərlə bağlı müraciətlərini qanunvericiliyə uyğun şəkildə cavablandırmaq
İşçinin işdən azad olunması zamanı son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanmasını və ödənilməsini təmin etmək;
İşdən azad olunmuş işçilərlə bağlı dövlət qurumlarının sorğuları əsasında müvafiq arayış və hesablama sənədlərini hazırlamaq;
Məhkəmə və icra sənədləri əsasında əmək haqqından tutulmaları icra etmək və aidiyyəti qurumlara vaxtında məlumat vermək;
Avans və ezamiyyə ödənişlərinin Cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icrasını təmin etmək;
DSMF tərəfindən ödənilən müavinətlərin elektron sistemlərdə vaxtında işlənməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Vergilər, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumat və hesabatları hazırlamaq.

Əlavə məlumat:

Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır;
İş rejimi: I–V günlər, 09:00–18:00;
Nahar fasiləsi: 13:00–14:00;
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.

Namizədə tələblər

Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
Əmək haqqı üzrə mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyini yaxşı səviyyədə bilmək;
1C (8.3) və MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyət hissi;
Məxfi məlumatlarla işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini Nurtac.Suleymanli@gesco.az/ info@finstaff.az elektron poçt ünvanına göndərə bilər («subject» sütununda (mövzu) vakansiyanı göstərin)