İş barədə məlumat
• Bankdaxili qayda və prosedurlarına əsasən fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərilməsi;
• ARİKZF və Bankındaxili qaydalara uyğun olaraq İpoteka krediti üzrə müraciətlərinin qəbulu, təhlilin aparılması, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
• İpoteka kreditləri üzrə ödənişlər barədə mütəmadi təhlillər apararaq və ödənişlərin vaxtında icra olunmasının təmin edilməsi;
• İpoteka kreditləri üzrə sığorta portfelinə və ödənişlərin icra olunmasına nəzarət, müqavilələrinin vaxtında uzadılmasının təmin edilməsi;
• İpoteka kreditləri üzrə öhdəliyin ötürülməsi, girovun dəyişməsi və s. xidmətlərin göstərilməsi;
• Digər pərakəndə bank məhsullarının satışının həyata keçirməsi və yeni müştərilərin cəlb olunması istiqamətində xidmətlərin göstərilməsi.