İş barədə məlumat
• Mağazalarda və Mərkəzi anbarda mövcud olan mal qalığının, eləcə də xəzinələrdə olan qiymətlilərin (nağd pul vəsaiti, hədiyyə kartları və s.) sayımının aparılması;
• ERP sistemindən hesabatların əldə edilməsi və faktiki nəticələrlə müqayisəsinin həyata keçirilməsi;
• Mağaza və Mərkəzi anbarda mövcud malların satışa yararlılıq vəziyyətinin müəyyən olunması üçün texniki baxışların keçirilməsi;
• Xüsusi meyarlar əsasında mağazalarda müşahidələrin aparılması, işçi heyətinə sualların verilməsi və fəaliyyətin qiymətləndirilməsi;
• Servis tərəfindən satışa yararsız hesab edilən malların məhv edilməsi prosesində iştirak və aktlaşdırılmanın təmin olunması;
• Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi;
• Görülmüş işlər üzrə ilkin hesabat məlumatlarının hazırlanması və rəhbərliyə təqdim olunması, təqdim edilən məlumatlarla bağlı sualların cavablandırılması.