İş barədə məlumat
• Mal-materiallara və əsas vəsaitlərə dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların, əsas vəsaitlərin qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin edilməsi;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlanması;
• Mal-material və əsas vəsaitlərin alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edilməsi;
• Daxil olan sənədlər əsasında (İnvoice və.s) ERP proqram təminatında mal-materialların və əsas vəsaitlərin faktiki maya dəyərinin formalaşdırılması və aylıq yoxlanılması;
• Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
• Anbara daxil olan malların qeydiyyatının aparılmasının yoxlanılması;
• Anbar mal çıxışının nəzarət edilməsi və sənədləşdirilməsi;
• Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Əsas vəsaitlərin düzgün uçota alınması, aylıq amortizasiyaların hesablanması, istismar aktlarının hazırlanması.
İş şərtləri:
İş qrafiki: Həftənin 5 günü
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Şirkət daxili təlim və inkişaf imkanları.