Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)

1500 - 2000 AZN
Melissa Group

Baxışların sayı: 338

Elan #16988

Şəhər
Bakı
Yaş
21 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
20.02.2026
Bitmə tarixi
18.03.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 1500 - 2000 AZN
İş yeri: Melissa Group (Baş ofis)
Vəzifə öhdəlikləri:

• Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;
• Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
• Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
• Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
• Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
• Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
• İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
• İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
• Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
• Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;
• Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
• Məxfi məumatların qorunmasının təmin edilməsi;
• HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
• Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.

Namizədə tələblər

• Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
• Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;
• Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
• 1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;
• Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
• Məxfilik prinsiplərinə riayət etmə;
• Komandada işləmə bacarığı;
• 21-35 yaş arası namizədlər.

E-mail:hr@melissagroup.az/info@finstaff.az