Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat uçotu Departament Müdiri

Razılaşma
Veysəloğlu-Rossmann

Baxışların sayı: 42

Elan #16981

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
19.02.2026
Bitmə tarixi
16.03.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

Mühasibat uçotu xəttini idarə etmək, uçotun düzgünlüyünü, tamlığını və hesabat intizamını təmin etmək
Ay sonu bağlanış təqvimini hazırlamaq, bağlanış prosesini idarə etmək və bütün mərhələlər üzrə deadline-lara əməl olunmasını təmin etmək
Ay sonu uzlaşdırmaları (bank, debitor/kreditor, avanslar, ehtiyatlar, əsas vəsait, intercompany və s.) planlamaq və icrasına nəzarət etmək
Bağlanışın keyfiyyətinə nəzarət etmək (düzgünlük, tamlıq, aid olduğu dövrə düşmə/cut-off, əsaslandırma və sənədləşmə)
Uçot proseslərini standartlaşdırmaq, prosedur və təlimatları hazırlamaq/yeniləmək və tətbiqini təmin etmək
RACI (məsuliyyət bölgüsü) və DoA (səlahiyyət matrisi) çərçivəsində təsdiq axınlarını (approval flow) qurmaq və işlək vəziyyətdə saxlamaq
Daxili nəzarət tədbirlərini tətbiq etmək, riskləri müəyyənləşdirmək, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılmasını təmin etmək
Audit proseslərini (daxili/xarici) koordinasiya etmək, audit sorğularına vaxtında cavab verilməsini təmin etmək və tapıntılar üzrə tədbirlər planını icra etmək
Komandanı planlamaq, iş bölgüsünü aparmaq, iş yükünü balanslamaq, performansı monitorinq etmək və inkişaf planlarını formalaşdırmaq
Uçot proseslərinin düzgün işləməsinə nəzarət etmək, avtomatlaşdırma və təkmilləşdirmə təşəbbüsləri irəli sürmək
Kritik riskləri (bağlanış gecikməsi, böyük düzəlişlər, vergi/audit riskləri, nəzarət boşluqları və s.) vaxtında eskalasiya etmək və icra planı təqdim etmək
CFO üçün aylıq yekun hesabat paketini hazırlamaq, əsas dəyişiklikləri, sapmaları və səbəbləri izah etmək

Əlavə təminatlar:

Rəqabətqabiliyyətli əmək haqqı paketi
Yanacaq kartı
Könüllü Tibbi Sığorta
Nahar təminatı
Korporativ nömrə və aylıq danışıq limiti
İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günləri

Namizədə tələblər

Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 7 il təcrübə, o cümlədən ən azı 3 il rəhbər təcrübəsi;
Mühasibat uçotu və hesabatlılıq üzrə praktik bilik və tətbiq təcrübəsi (ay sonu bağlanış, uzlaşdırmalar, hesabat paketləri)
Proses və nəzarət yönümlü yanaşma: prosedur yazılması, proses standartlaşdırılması, RACI/DoA məntiqi, daxili nəzarət və risk düşüncəsi
ACCA/CPA/DipIFR və ya ekvivalent sertifikatlar üstünlükdür
MS Excel üzrə yaxşı səviyyə;
Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
Komanda idarəetməsi, kommunikasiya və koordinasiya bacarıqları
Top of Form
Bottom of Form

E-mail:careers@rossmann.az/ info@finstaff.az