İş barədə məlumat
Təsvir
Şirkətimizin mühasibatlıq proseslərinin dəqiq, düzgün və vaxtında aparılmasını təmin edəcək mühasib axtarırıq. Bu vəzifənin əsas məqsədi gündəlik və aylıq mühasibatlıq əməliyyatlarının aparılması, hesabatların hazırlanması və maliyyə məlumatlarının dəqiqliyinin təmin edilməsidir.
Mühasibatlıq proseslərinin icrasında aktiv şəkildə iştirak etmək və bütün əməliyyatların düzgün qeydiyyata alınmasını təmin etmək ;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərmək;
Mühasibat məlumatların toplanması, yoxlanılması, uyğunluğunun qiymətləndirilməsi və təhlilində iştirak etmək;
Mühasibat sənədlərinin (qaimə, akt, müqavilələr və s.) düzgün şəkildə tərtib edilməsi və əməliyyatların icrasını təmin etmək;
Vergi, statistika və digər məcburi hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
Aylıq bağlanış proseslərində,balans hesablamalarında və digər gündəlik mühasibatlıq əməliyyatlarına dəstək göstərmək.
Vakansiya haqqında
Vakansiya növü Tam ştat
İmtiyazlar
Dəyərlisən Paşa loyallıq proqramına üzvlük
Könüllü tibbi sığorta
İşçinin inkişafı üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus sistemi
Şəhər mərkəzində ofis
Korporativ tədbirlər