İş barədə məlumat
• Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək;
• Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək;
• Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək;
• Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək;
• Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək;
• Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək.