İş barədə məlumat
Əməliyyat kassasının gündəlik fəaliyyətini təşkil etmək və nəzarətdə saxlamaq
Nağd mədaxil və məxaric əməliyyatlarını mövcud daxili qaydalara uyğun icra etmək
Kassa qəbzləri, xərclər və petty cash əməliyyatlarını düzgün aparmaq, sənədləşdirmək və uçotunu həyata keçirmək
Nağd vəsaitin qəbulunu və uçotunu aparmaq, bank depozitləri üçün tələb olunan sənədləri vaxtında və düzgün hazırlamaq
Inkassasiya prosesini (outsourced CIT) təşkil etmək, inkassasiya sənədlərini hazırlamaq, təhvil-təslim aktlarını yoxlamaq və prosesi izləmək
Nağd vəsait üzrə müəyyən edilmiş limitlərin, daxili prosedur və nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək və pozuntuların qarşısını almaq;
Kassada olan faktiki nağd vəsaitin uçot məlumatları ilə uyğunluğunu təmin etmək, gündəlik və dövri yoxlamalar aparmaq;
Nağd əməliyyatlar zamanı risklərin minimallaşdırılması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə