İş barədə məlumat
• Təsdiq olunmuş büdcənin icrasını mütəmadi monitorinq etmək, xərclər üzrə maliyyə intizamına riayət olunmasını təmin etmək;
• Ödənişlərdən əvvəl maliyyə nəzarətini həyata keçirmək, ödənişlərin DoA (Delegation of Authority) və büdcə çərçivəsinə uyğunluğunu yoxlamaq;
• Faktiki xərclərlə planlaşdırılmış büdcə arasında variance analizi aparmaq, yaranan fərqlərin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbir təklifləri vermək;
• Xərc mərkəzləri üzrə müəyyən edilmiş limitlərin istifadəsini izləmək, risk yarandıqda vaxtında xəbərdarlıq və məlumatlandırma aparmaq;
• Aylıq büdcə icrası üzrə hesabatlar hazırlamaq, kritik kənarlaşmalarla bağlı eskalasiya etmək və rəhbərliyə təqdim etmək;
• Büdcə və xərclərə nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə mövcud nəzarət mexanizmlərini təhlil etmək və inkişaf təklifləri irəli sürmək;
• Büdcə və xərclərə nəzarət üzrə daxili və xarici auditlər zamanı tələb olunan məlumatları və sənədləri hazırlamaq və təqdim etmək.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə