İş barədə məlumat
İlkin mühasibat sənədlərinin (hesab-faktura, e-qaimə, aktlar, təhvil-təslim sənədləri, gömrük bəyannamələri və s.) hazırlanması, yoxlanılması və uçotunun aparılması;
Əmək haqları, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər işçi xərclərinin hesablanması və uçotu;
Bank və kassa əməliyyatlarının icrası, internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
Bank və ƏDV depozit hesablarının uçotunun aparılması və ödənişlərə nəzarət;
Vergi, DSMF və Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
Əsas vəsaitlərin, azqiymətli əşyaların və qeyri-maddi aktivlərin uçotu, amortizasiyanın düzgün hesablanması;
Debitor və kreditor borcların, gəlir və xərclərin, mal-material ehtiyatlarının uçotunun aparılması;
Pul vəsaitlərinin, əsas vəsaitlərin və mal-material ehtiyatlarının inventarizasiyasının aparılması;
Mühasibat balansı, Mənfəət və Zərər Hesabatı (P&L), Pul vəsaitlərinin hərəkəti (Cash Flow) və Kapitalın hərəkəti hesabatlarının hazırlanması və analizi;
Dövlət orqanları (Vergi, DSMF, Statistika, gömrük və s.) ilə yazışmaların aparılması və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi;
Gömrük bəyannamələrinin hazırlanması və uçotu;
İdxal–ixrac əməliyyatları üzrə sənədləşmə, rüsum və vergilərin düzgün hesablanması.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, 09:00 – 18:00
İstirahət günləri: Şənbə və Bazar
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək