Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Aparıcı mühasib

Razılaşma
U and R Company

Baxışların sayı: 44

Elan #16898

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
05.02.2026
Bitmə tarixi
03.03.2026
Əlaqədar şəxs
HR
Telefon
E-mail
hr@urc.az
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

İş yeri: Şirkətin ofisi;
İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Vəzifə öhdəlikləri:

Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması
Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanmasına nəzarət (ƏDV, HŞƏV, ÖMV və s.)
Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun vaxtında yığılmasına nəzarət
Ödənişlərin icra edilməsi və köçürmələrin internet bankingdə düzgün aparılmasına nəzarət
Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanması və ödənişlərlə bağlı vaxtında məlumat verilməsi
Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət
Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət
Əsas vəsaitlər üzrə əməliyyatların aparılması
Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsi
Ayın bağlanması və aylıq maliyyə hesabatlarının hazırlanması
İllik büdcənin hazırlanmasında iştirak
İlkin sənədlərin qəbulunu və uçota hazırlanmasını təmin etmək
Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak

Namizədə tələblər

Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycanın vergi və mühasibat uçotu qanunvericiliyinə dair bilikləri praktiki səviyyədə bilməsi;
PMS sertifikatınin olması;
E-taxes,E-banking portalları ilə işləmək bacarığı
1C proqramı ilə işləmə bacarığı;
MS Excel ilə işləmə bacarığı;
Komanda və şöbə ilə koordinasiya şəkilində işləmə bacarığı;
İşgüzar yazışma bacarığı;
Azərbaycan dili — C2, Rus dili səviyyəsi C1

E-mail:hr@urc.az / info@finstaff.az;