İş barədə məlumat
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Xəzinədarlıq üzrə kiçik administrator şirkət tərəfindən yerli valyutada planlaşdırılmış ödənişlərin həyata keçirilməsini, bütün bank əməliyyatlarının ERP sistemində düzgün əks etdirilməsini və operativ məlumatların təqdim edilməsini icra edir; maliyyə, bank və ekvayrinq xərclərinə nəzarət edir.
Vəzifə öhdəlikləri:
• Yerli valyutada olan ödənişlərin həyata keçirilməsi;
• Yerli valyutada olan bank əməliyyatlarının ERP sisteminə daxil edilməsi ;
• Bank hesablarının maliyyə uçotu proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi;
• İnternet banking üzərindən pos terminallarla bağlı sifarişlərinin həyata keçirilməsi;
• Ayın bağlanması prosesində iştirak etməsi.