İş barədə məlumat
• Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib olunması və təqdim edilməsi;
• Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
• Pul vəsaitlərinin hərəkətinin, alış-satış, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun aparılması;
• Məhsul, iş və xidmətlərin maya dəyərinin hesablanması, büdcə ödənişləri və sosial sığorta üzrə öhdəliklərin düzgün tərtib edilməsi;
• İlkin mühasibat sənədlərinin, ödəniş tapşırıqlarının, əməkhaqqı hesablamalarının hazırlanması;
• Təsərrüfat və inzibati xərclərin, debitor və kreditor borcların düzgün uçotu və nəzarəti;
• E-qaimə və idxal bəyannamələri əsasında malların düzgün yoxlanılıb mühasibat proqramına daxil edilməsi;
• Müştərilərlə üzləşmələrin aparılması, daxil olan ödənişlərin proqramda düzgün əks etdirilməsi;
• Təchizatçılarla müntəzəm üzləşmələrin aparılması, sənədləşmənin dəqiqliyinin təmin edilməsi və yarana biləcək problemlərin həlli;
• Ödəmə planlamasında aktiv iştirak;
• Şirkətin digər struktur bölmələri ilə gündəlik əməkdaşlıq və lazımi məlumatların təmin olunması;
• Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi.
İş qrafiki:
5 günlük iş qrafiki (09:00-dan – 18:00-dək).
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Ünvan: Bakı şəhəri.