İş barədə məlumat
Müşayiətedici sənədlərə uyğun olaraq kassa qovşağından qiymətliləri qəbul etmək.
Qablaşdırmanın bütövlüyünü yoxlamaq.
Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək.
Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, onların nəql edilməsi zamanı briqada ilə birlikdə lazım olan mühafizə rejimini həyata keçirmək.
Gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərinin rəsmiləşdirilməsində iştirak etmək. Lazım olduqda çatışmamazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak etmək.
İstifadəsində olan nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.