İş barədə məlumat
Daxili Nəzarət Xidmətinin rəhbəri kimi siz şirkətin dələduzluq fəaliyyətlərindən qorunmasında və daxili nəzarət tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaqsınız. Siz dələduzluqla bağlı risklərin qiymətləndirilməsi, monitorinqi və azaldılmasına cavabdeh olmaqla yanaşı, eyni zamanda əməliyyat səmərəliliyini və uyğunluğunu optimallaşdırmaq üçün daxili nəzarət tədbirlərini gücləndirəcəksiniz.
Vəzifə və öhdəliklər:
Dələduzluq risklərinin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır;
Dələduzluq risklərinin idarə olunması metodologiyasını, standartlarını, təlimatlarını hazırlayır;
Dələduzluq risklərinin idarə edilməsi siyasəti çərçivəsində dələduzluq hallarının başvermə ehtimalı yüksək və kritik olan sahələri müəyyənləşdirir, qabaqlayıcı tədbirlər həyata keçirir;
Dələduzluq hallarının öncədən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodlar və skorinq modelləri qurur;
“Dələduzluq Hallarının Araşdırılması” sisteminə (JİRA platforması) daxil olmuş sorğuları pioritetləşdirir, araşdırmanın başladılması üçün koordinasiya edir;
Dələduzluq hallarının önlənməsi məqsədi ilə strukturlar, biznes proseslər üzrə qurulmuş nəzarət fəaliyyətinin, prosedurların mövcudluğunu yoxlayır, effektivliyini qiymətləndirir;
Nəzarət fəaliyyətlərinin effektivliyini qiymətləndirən illik kompleks monitorinq planını tərtib edir;
Aparılmış araşdırmalara dair hazırlanmış hesabatları İdarə Heyyətinə təqdim edir;
Araşdırma prosesində istifadə olunmuş məlumatlar, sübutlar, yekun hesabat, izahat forması, cəza tədbiri əmri iş üzrə aidiyyatı qovluqda müddətsiz arxivləşdirir;
Araşdırma proseslərində iştirak edir.
Bizim Təklifimiz
İnnovativ və dinamik şirkətdə liderlik rolu;
Şirkətin brend və kommunikasiya strategiyasını formalaşdırmaq imkanı;
Komanda işi və əməkdaşlığa əsaslanan mühit;
Tibbi sığorta (əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Davamlı peşəkar inkişaf imkanları;
Dəyərlisən platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.