Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsi

Razılaşma
Xalq Bank

Baxışların sayı: 34

Elan #16844

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
28.01.2026
Bitmə tarixi
26.02.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə əməliyyatların icrasını təmin etmək;
Dövlət Fondlarının (ARİKZF, ABİF) vəsaiti hesabına verilmiş kreditlərin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ödəniş məlumatlarının (XML formatında) Bankın əməliyyat sisteminə yüklənməsini təmin etmək;
Dövlət Fondları (ARİKZF, ABİF) ilə Bankın əməliyyat sistemində yarana biləcək uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
İpoteka və fond kreditləri üzrə faizlərin Bankın əməliyyat sistemində düzgün hesablanmasına nəzarət etmək, ödənişlərin icrasından sonra yarana biləcək uyğunsuzluqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək.
Bankın əməkdaşlıq etdiyi Fondlardan daxil olan vasaitlərin müxabirləşdirilməsi üzrə əməliyyatları icra etmək;
Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.

Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Təhsil Magistr

Namizədə tələblər

Maliyyə və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilinin olması;
Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi (ARİKZF və ABİF ilə iş təcrübəsi arzuolunandır)
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Bank hesabları üzrə məlumatlı olması
Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
Stressə davamlılıq, komandada işləmə bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Xarici dil bilikləri arzuolunandır.

E-mail:cv@xalqbank.az / info@finstaff.az