Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi

Razılaşma
PASHA Life

Baxışların sayı: 48

Elan #16824

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.01.2026
Bitmə tarixi
20.02.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Sığorta
Alt kateqoriya
Sığorta mütəxəssisi

İş barədə məlumat

Sığorta portfeli üzrə sığorta risklərinin müəyyənləşdirilməsində və bu risklərin statistik/ekspert modellərdən və ya alətlərdən istifadə edərək qiymətləndirməsini həyata keçirmək;
Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsinə iştirak və requlyativ kapital tələblərinə riayyət edilməsinə nəzarət etmək;
Makroiqtisadi və idiosinkratik ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində və tədbirlər planının formalaşdırılmasında iştirak etmək;
Sığorta riskləri üzrə əsas risk göstəricilərini formalaşdırmaq, tətbiqini və hesabatlığını təmin etmək, aylıq sığorta riski hesabatını hazırlamaq;
Risk sağlamlıq indeksində sığorta riski üzrə kəmiyyət göstəricilərini rüblük əsasda hesablamaq;
Risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq və yenilənməsini təmin etmək;
Ölüm və əlillik riski üzrə proqnozlaşdırılan ehtimalların reallaşma göstəricilərini izləmək və qiymətqoyma prosesinə nəzarət etmək və gözlənilən sığorta ödənişlərinin reallaşma göstəriciləri əsasında vintaj analizi aparmaq;
Xitam üzrə analiz aparmaq, müqavilələrin davamlılıq əmsalını hesablamaq;
Risk məhsulları üzrə zərərlilik dərəcəsini hesablamaq, bu məhsullarla bağlı təkliflər vermək;
Şirkətdaxili risk mədəniyyətinin atırılması məqsədilə sığorta riski üzrə maarifləndirmə sessiyalarının həyata keçirilməsində iştirak etmək;
Qlobal və yerli bazarda sığorta riskləri üzrə trendləri izləmək, yeni risk faktorlarının şirkətə təsirini təhlil etmək;
Sığorta riski üzrə monitorinqləri həyata keçirmək.

Üstünlüklər:

SOA Exam P/FM və ya yerli aktuari imtahanlarında nailiyyət;
Solvency 2 və IFRS 17 standartı ilə bağlı nəzəri və ya praktiki biliklərin olması.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:

Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
Ödənişsiz dayanacaq imkanının təmin olunması;
Dəyərlisən platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Namizədə tələblər

İş təcrübəsi: Maliyyə və sığorta riskləri və ya aktuariat üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili: Riyaziyyat, Maliyyə, İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:əla
Kompüter bilikləri: MS Office:əla

E-mail: office@pasha-life.az / info@finstaff.az