Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Performans dəyərləndirmə üzrə Aparıcı/Baş Ekspert (Leading/Senior HR Business Partner)

Razılaşma
Bank of Baku

Baxışların sayı: 27

Elan #16817

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.01.2026
Bitmə tarixi
21.02.2026
Əlaqədar şəxs
HR
Telefon
145
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

Vəzifənin Xülasəsi

Bu vəzifə təşkilatın strateji hədəflərinə çatmasını dəstəkləmək məqsədilə işçi performansının ölçülməsi, testləşdirmə sistemlərinin idarə edilməsi və data əsaslı qərarların qəbulunu təmin edir. HRBP biznes vahidləri ilə sıx əməkdaşlıq edərək güclü performans mədəniyyətinin formalaşdırılmasına töhfə verir.
Əsas Vəzifə Öhdəlikləri

Dövri performans dəyərləndirmə proseslərinin (KPI, OKR və ya kompetensiya əsaslı) başdan sona planlaşdırılması və icrası
Performans nəticələrinin təhlili, hesabatların hazırlanması və nəticələrə əsaslanan inkişaf planlarının formalaşdırılmasında iştirak
Mentorluq proqramlarının təşkili, effektivliyinin artırılması üzrə təkliflərin verilməsi və mentorların dövri qiymətləndirilməsi
Daxili sorğuların (işçi məmnuniyyəti, bağlılıq və s.) dizaynı, icrası, hesabatlılığı və analitik təhlili
İnsan resursları metriklərinin (turnover, performance spread, cost per hire və s.) izlənilməsi və nəticələrə uyğun həll yollarının təklif edilməsi
Struktur bölmə rəhbərləri ilə mütəmadi məsləhətləşmələr apararaq biznes ehtiyaclarının müəyyənləşdirilməsi

Biz sizə nə təklif edirik?

Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Namizədə tələblər

Təhsil və Təcrübə

Təhsil: İqtisadiyyat, Menecment və ya müvafiq sahə üzrə ali təhsil
Təcrübə: İnsan Resursları sahəsində minimum 2–5 il iş təcrübəsi (Performans İdarəetməsi və ya HRBP təcrübəsi üstünlükdür)
Sertifikatlar: SHRM, HRCI və ya digər beynəlxalq İR sertifikatları üstünlük hesab olunur
Texniki Bacarıqlar

Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta
MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə bilik
Güclü analitik düşünmə və data əsaslı problem həll etmə bacarığı
Yumşaq Bacarıqlar

Nəticəyönümlülük
Biznes yönümlü düşüncə
Detallara diqqət
Effektiv əməkdaşlıq bacarığı

E-mail:hr@bankofbaku.com / info@finstaff.az