Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resursları funksiyalarının hesabatlılığı üzrə eksperti

Razılaşma
Bank of Baku

Baxışların sayı: 20

Elan #16816

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.01.2026
Bitmə tarixi
21.02.2026
Əlaqədar şəxs
HR
Telefon
145
Kateqoriya
İnsan Resursları
Alt kateqoriya
HR

İş barədə məlumat

Bu vəzifə İnsan Resursları Departamentinin fəaliyyətinin rəqəmlərlə ifadə olunmasını, əməkhaqqı hesablanması ilə bağlı proseslərə dəstək verilməsini və data analitikası vasitəsilə rəhbərliyin qərarvermə prosesinin gücləndirilməsini hədəfləyir. Hesabatlılıq üzrə ekspert İR məlumatlarını strateji və analitik dəyərə malik informasiyaya çevirən əsas rol sahibidir.

Əsas Vəzifə Öhdəlikləri

İnsan resurslarının fəaliyyətinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və vizuallaşdırılması
İnsan resursları metrikləri (işçi dövriyyəsi, işə qəbul sürəti, xəstəlik vərəqələri və s.) üzrə trendlərin izlənilməsi, təhlil edilməsi və nəticələrə əsaslanan təkliflərin hazırlanması
Struktur bölmələrdən daxil olan müxtəlif məlumat sorğularının (ad-hoc hesabatlar) operativ şəkildə cavablandırılması
Ay sonu əməkhaqqı hesablamaları üçün davamiyyət və iş rejimi (attendance) hesabatlarının hazırlanması, təhlili və dəqiqləşdirilməsi
Daxili İnsan resursları məlumat bazasının (HRIS) mütəmadi yenilənməsinin, məlumatların düzgünlüyünün və tamlığının təmin edilməsi
Data və hesabatların təhlili və vizuallaşdırılması üçün qrafik və vizual alətlərdən (MS Excel, Power BI və s.) istifadə edilməsi
Analitik metodlardan (məsələn, Pareto analizi, trend analizi) istifadə etməklə mövcud problemlərin kök səbəblərinin müəyyənləşdirilməsi

Biz sizə nə təklif edirik?



Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Namizədə tələblər

Təhsil: İqtisadiyyat, Riyaziyyat, Statistika və ya oxşar sahə üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi
Üstünlükdür: Bank sektorunda iş təcrübəsi və MOSE (Microsoft Office Specialist Expert) sertifikatı
Texniki Bacarıqlar

MS Excel üzrə yüksək səviyyədə bilik
Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyə, İngilis dili – orta səviyyə
Data təmizləmə və statistik analiz bacarığı
Yumşaq Bacarıqlar (Soft Skills)

Detallara diqqət
Problem həlletmə bacarığı
Effektiv ünsiyyət və əməkdaşlıq
Tapşırıqların icrasını izləmə və nəticəyönümlülük


E-mail:hr@bankofbaku.com / info@finstaff.az