İş barədə məlumat
Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirmək;
Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil etmək;
Gündəlik riskli əməliyyatlarla bağlı araşdırma aparmaq;
Risklərin müəyyənləşdirilməsi üçün müxtəlif sorğular hazırlamaq və cavablandırılmasına nəzarət etmək;
Risklərin müəyyənləşdirilməsi və ölçülməsi üçün sorğuların nəticələrini analiz etmək;
Bankın fəaliyyət sahələri üzrə risk göstəricilərini təhlil etmək;
Bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
Risk xəritəsinin hazırlanmasını və onun icrasına monitorinqi həyata keçirmək;
Bütün aktiv və passiv əməliyyatlar üzrə risk limitlərini hesablamaq, onlara dəyişikliklər üzrə təkliflər hazırlamaq;
Aidiyyatı şəxslərlə əməliyyatlar üzrə risk limitlərini analiz etmək və üst rəhbərinə məlumat vermək;
Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
Aidiyyatı struktur bölmələrlə birgə rüblük stress-testlərin keçirilməsi ilə bağlı departament/şöbə rəhbərliyinin təlimatlarını yerinə yetirmək;
Bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planını hazırlanmasında iştirak etmək;
Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
Risk səviyyəsinin adekvat qiymətlərinin təmin olunması və bankın, eləcə də filialların kredit portfeli üzrə ehtiyatların formalaşdırılması (Bankın müvafiq daxili sənədlərində nəzərdə tutulmuş səlahiyyət çərçivəsində) ilə bağlı məlumatları analiz etmək;
Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
Bank məhsulları üzrə sazişlərin ekspertizasını icra etmək;
Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək;
Biz nə təklif edirik:
İş yeri: Dreamland Baku
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
Nahar: Şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit