Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Bazar risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Razılaşma
Premium Bank

Baxışların sayı: 22

Elan #16726

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
07.01.2026
Bitmə tarixi
05.02.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Digər

İş barədə məlumat

Bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı işləri aparır, təkliflər verir və prosesə nəzarət və monitorinqin həyata keçirilməsində iştirak edir;
Bazar və likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirilməsində (statistik əsas ölçmə metodları, reqressiya analizləri, riskə məruz dəyər, risk altında olan dəyər, həssaslıq analizi, ssenari analizi və s.) təkliflər verir və prosesdə iştirak edir;
Stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsində və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsində iştirak edir;
Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsini təmin edir;
Pul bazarı, istiqraz, kapital və derivativ ticarət üçün risk limitlərinin müəyyən edilməsində təkliflər verir və iştirak edir;
Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edir;
LCR və NSFR likvidlik göstəricilərinin hesablanması, ödəniş müddətlərinin bölgüsü və “gap duration” kimi təhlillərin aparılmasını təmin edir;
Bazar və likvidlik riskləri daxili siyasətlərə və requlyativ tələblərə uyğun risk hesabatlarının hazırlanmasını təmin edir;

İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri

Namizədə tələblər

Maliyyə, İqtisadiyyat və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili;
Müvafiq sahədə iş təcrübəsi;
Qiymətli kağızların dəyər qiymətləndirilməsi, reqressiya analizlərinin aparılması üzrə biliklər;
MSOffice üzrə yüksək bacarıqlar;
Səlis Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili, rus dili arzuolunandır;
Eviews, SQL və ya Pythonda işləmək bacarığı;
CFA , FRM (L1), ACCA sertifikatları olan namizədlərə üstünlük verilir;
Məsuliyyətli, öyrənməyə istəkli olmaq;
Araşdırma bacarıqları;
Komanda mühitində effektiv işləmək bacarığı.


E-mail:cv@premiumbank.az / info@finstaff.az