İş barədə məlumat
İş şəraiti:
Struktur bölmə: Daxili Audit Departamenti
İş yeri: Bakı şəhəri, S. Vurğun küçəsi 60
İş rejimi: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00 – 18:00)
Əmək haqqı: Namizədin bilik və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
Vəzifə öhdəlikləri:
Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılmasında iştirak etmək;
Kredit əməliyyatları, maliyyə prosesləri və daxili nəzarət mexanizmləri üzrə audit prosedurlarının icrası;
Audit yoxlamaları zamanı aşkar edilən risk və uyğunsuzluqların təhlili və sənədləşdirilməsi;
Daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə rəy və təkliflərin hazırlanması;
Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
Audit nəticələri üzrə hesabat layihələrinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Audit zamanı müəyyən edilmiş tövsiyələrin icrasına nəzarət və aidiyyəti struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq;
Daxili Audit Departamentinin etik, obyektiv və müstəqil fəaliyyət prinsiplərinə uyğun işləməsinə töhfə vermək.