Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Audit üzrə mütəxəssis

Razılaşma
ASEL Kredit

Baxışların sayı: 19

Elan #16707

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
05.01.2026
Bitmə tarixi
29.01.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Audit
Alt kateqoriya
Auditor

İş barədə məlumat

İş şəraiti:

İş yeri: Bakı, Azure iş mərkəzi
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsasında
Korporativ nömrə ilə təmin olunma
Yanacaqla təmin olunma
Vəzifə öhdəlikləri:

Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılmasında iştirak etmək;
Kredit əməliyyatları, maliyyə prosesləri və daxili nəzarət mexanizmləri üzrə audit prosedurlarının icrası;
Audit yoxlamaları zamanı aşkar edilən risk və uyğunsuzluqların təhlili və sənədləşdirilməsi;
Daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə rəy və təkliflərin hazırlanması;
Təşkilatın fəaliyyətinin mövcud qanunvericiliyə, daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
Audit nəticələri üzrə hesabat layihələrinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Audit zamanı müəyyən edilmiş tövsiyələrin icrasına nəzarət və aidiyyəti struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq;
Daxili Audit Departamentinin etik, obyektiv və müstəqil fəaliyyət prinsiplərinə uyğun işləməsinə töhfə vermək.
Ezamiyyətlərə açıq olmalı.

Namizədə tələblər

Maliyyə, mühasibatlıq, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
Daxili və ya xarici audit sahəsində minimum 1 il iş təcrübəsi;
Audit metodologiyaları, risk əsaslı audit yanaşması və daxili nəzarət sistemləri üzrə biliklər;
Maliyyə hesabatlarının və kredit sənədlərinin təhlili bacarığı;
Yüksək məsuliyyət hissi, etik davranış və məxfilik prinsiplərinə riayət;
Analitik düşünmə və nəticə yönümlü yanaşma;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və/və ya rus dili biliyi üstünlükdür;
Audit hesabatlarının hazırlanması üzrə baza səviyyədə yazılı bacarıqlar.
Şəxsi avtomobili olması üstünlükdür

E-mail:info@aselkredit.az/ info@finstaff.az