İş barədə məlumat
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Büdcə və planlama üzrə təcrübəçi olaraq Sizin əsas vəzifə öhdəlikləriniz:
Müxtəlif daxili hesabatların hazırlanmasında dəstək
Büdcədə nəzərdə tutulan rəqəmlərlə faktiki rəqəmlər arasında fərq təhlili aparmaqda və büdcədən yuxarı/aşağı olmasının səbəblərini araşdırmaqda dəstək
Cari dövrün faktiki rəqəmlərini əvvəlki dövrlərlə müqayisə etmək üçün analitik prosedurları yerinə yetirilməsinə dəstək və maliyyə nəticələrinin düzgünlüyünə əminlik əldə etmək
Müxtəlif xərclərə nəzarət prosedurlarının həyata keçirməsində dəstək göstərmək
Bölmənin öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər sifahi/ yazılı tapşırıqları icra etmək və/və ya icrasına dəstək olmaq
Şirkətə aid məlumatların məxfiliyini təmin etmək
Biz nə təklif edirik?
Rəqabətli kompensasiya;
Performans əsasında həvəsləndirici və bonuslar;
Əlavə imtiyazlar;
Performansa əsaslanan mədəniyyət;
Müxtəlif təhsil və inkişaf imkanları;
Karyera inkişaf imkanı;
Hibrid iş imkanı;
Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
Innovativ məhsullar və rəqəmsallaşma;
Beynəlxalq təcrübə;
Yüksək bacarığa malik peşəkar komanda;
Kross-funksional əməkdaşlıq;
Təcrübə mübadiləsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.