Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Problemli kreditlər üzrə təcrübəçi

Razılaşma
İdeal Kredit BOKT

Baxışların sayı: 45

Elan #16696

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
29.12.2025
Bitmə tarixi
25.01.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Gecikmiş kredit portfeli üzrə məlumatların gündəlik toplanmasında və yenilənməsində iştirak etmək;
Borcalanlarla telefon zəngləri və digər kommunikasiya vasitələri ilə ilkin əlaqənin qurulmasında dəstək göstərmək;
Kredit borclarının qaytarılması prosesində aparılan danışıqlarda mütəxəssislərə assistentlik etmək;
Təkrar gecikmə halları üzrə müştəri məlumatlarının toplanması və ilkin sənədlərin hazırlanmasına dəstək vermək;
Riskli müştərilərlə bağlı məlumatların təhlili üçün hesabatların hazırlanmasında iştirak etmək;
Gündəlik, həftəlik və aylıq təqib hesabatlarının hazırlanmasına dəstək olmaq;
Təqib prosesləri ilə bağlı daxili prosedurların öyrənilməsi və komanda daxilində əməkdaşlıq etmək;
Etibarnamələrin hazırlanması, müvafiq sistemdə yerləşdirilməsi və qeydiyyatının aparılması.

Təcrübə müddəti və imkanlar:

Təcrübə müddəti: 3 ay
Peşəkar mentor dəstəyi və real iş prosesində iştirak imkanı;
Təcrübə müddətinin sonunda performansa əsasən işə qəbul imkanı;
Kredit sahəsində praktiki biliklərin əldə edilməsi;
Karyera inkişafı üçün geniş perspektivlər.
Vakansiya haqqında

Vakansiya növü - Təcrübə

Namizədə tələblər

Ali təhsilin son kurs tələbəsi və ya yeni məzun (İqtisadiyyat, Maliyyə, Menecment, Hüquq və oxşar ixtisaslar üzrə);
Bank və ya maliyyə sektorunda təcrübə qazanmaq istəyi;
Ünsiyyət bacarıqları və müştərilərlə işləməyə maraq;
Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik;
MS Excel və digər ofis proqramları üzrə ilkin biliklər;
Stressə davamlılıq və komandada işləmə bacarığı;
Azərbaycan dilində səlis danışıq bacarığı.

E-mail: gunel.hr@idealkredit.az / info@finstaff.az