İş barədə məlumat
Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması)
Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili
Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi)
Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili)
Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması
Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması
Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi
Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət)
Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi
Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi
Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili
Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi
Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
ERP system üzərindən aylıq olaraq məhsul bazında vat kodların yoxlanılması və hər hansı yanlış məlumat və ya dəyişiklik tələb olunarsa bunla bağlı ERP komandasına aylıq olaraq məlumatlandırmaq.