Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib

Razılaşma
Italdizain Group

Baxışların sayı: 213

Elan #16679

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
24.12.2025
Bitmə tarixi
22.01.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

ITALDIZAIN üçün mühasibat uçotu rəqəmlərdən daha artıqdır — bu, dəqiqlik, etibar və davamlılıq üzərində qurulmuş sistemdir. Hazırda komandamıza maliyyə proseslərini peşəkar səviyyədə idarə edəcək, analitik düşüncəyə malik və məsuliyyətli Mühasib axtarırıq.

Əgər siz mühasibat uçotuna struktur, sabitlik və məsuliyyət prizmasından yanaşırsınızsa və uzunmüddətli əməkdaşlıq üçün etibarlı mühit axtarırsınızsa, bu vakansiya sizin üçün nəzərdə tutulub.

Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun İFRS və Azərbaycan Respublikasının qüvvədə olan standartlarına uyğun şəkildə aparılması;
Vergi qanunvericiliyinin, DSMF və digər normativ-hüquqi aktların praktik tətbiqi;
Ödənişlərin uçotu, kreditor və debitor hesablaşmalarının aparılması və nəzarətdə saxlanılması;
Mədaxil əməliyyatlarının uçotu və alıcılarla hesablaşmaların vaxtında və düzgün icrası;
Hesab-fakturalar, təhvil-təslim aktları, uzlaşma protokolları və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Bank əməliyyatlarının icrası, köçürmələrin aparılması və hesabların uzlaşdırılması;
Mühasibat və daxili maliyyə hesabatlarının hazırlanması, maliyyə məlumatlarının təhlili;
Elektron vergi portalları və dövlət informasiya sistemləri ilə işləmək;
ƏDV, ÖMV, MÖMV və Mənfəət vergisi üzrə bəyannamələrin tərtib edilməsi və kameral yoxlamalara əsaslandırılmış cavabların hazırlanması.

ITALDIZAIN sizə nə verir:
Etibar üzərində qurulmuş stabil iş mühiti
Rəsmi əmək münasibətləri və şəffaf proseslər
Peşəkar və dəstəkləyici komanda
Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi

Namizədə tələblər

Mühasibat proqramları və MS Excel üzrə yüksək səviyyədə işləmə bacarığı
Analitik düşüncə, diqqətlilik və məsuliyyət hissi
Komandada səmərəli işləmək və peşəkar əməkdaşlıq mədəniyyətinə töhfə vermək bacarığı
Peşəkar etikaya riayət etmək və biliklərin davamlı inkişafına açıq olmaq

E-mail: сv@italdizain.az / info@finstaff.az