Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Ehtiyatlanma qrupu üzrə Baş mütəxəssis

Razılaşma
PASHA Bank

Baxışların sayı: 45

Elan #16673

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
23.12.2025
Bitmə tarixi
22.01.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;
Kredit portfelinin ehtiyatlanmasının optimum vəziyyətə gətirilməsi, ehtiyac yarandığı təqdirdə əlavə və düzəlişlərin təklif edilməsi və dəstəklənməsi;
Müştərilər üzrə ehtiyatlanmanın analiz olunması, digər struktur bölmələr ilə mütəmadi kommunikasiyaların aparılması, lazımi göstərişlərin verilməsi;
Kredit portfelinin auditi zamanı daxili və xarici audit komandaları ilə mütəmadi iş birliyinin təmin olunması və sorğuların analiz olunaraq vaxtında cavablandırılması;
Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;
Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;
Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi və s.

Namizədə tələblər

Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən az 4 il iş təcrübəsi;
Lisenziya/ Sertifikat: FRM, CFA, ACCA arzu olunandır;
Xarici dil: İngilis dili (səlis);
Kompüter bilikləri: Microsoft Office;
Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər tələb edilir;
Bazar üzrə biliklər: Mərkəzi Bakın müvafiq Qaydaları ilə tanışlıq;
Başqa tələblər: IFRS 9 yanaşmasının ehtiyatlanmaya təsiri barədə məlumatlı olmaq arzu olunandır.

E-mail:recruitment@pashabank.az / info@finstaff.az.