Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib (istehsalat sahəsi üzrə)

1200 AZN
Max Print

Baxışların sayı: 232

Elan #16672

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
23.12.2025
Bitmə tarixi
21.01.2026
Əlaqədar şəxs
HR
Kateqoriya
Mühasibat
Alt kateqoriya
Mühasib

İş barədə məlumat

• İlkin sənədlərin (qaimə, akt, hesab-faktura və s.) düzgünlüyünə nəzarət;
• Təchizatçılar və podratçılarla qarşılıqlı hesablaşmaların aparılması;
• Maliyyə direktoru üçün istehsalat hesabatlarının hazırlanması;
• Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi;
• Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi;
• Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması;
• Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak;
• Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim olunması.

İş şərtləri:

Tam ştat, 5/2 iş qrafiki (B.e – C.a: 09:00–18:00)
Əmək haqqı 1200 nett:
Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi
İstehsalat sahəsinin yanında yerləşən ofisdə iş (Binəqədi rayonu)
Müsahibə nəticələrinə əsasən rəqabətqabiliyyətli əmək haqqı
Mehriban kollektiv və rahat iş mühiti
Peşəkar inkişaf imkanları

Namizədə tələblər

• Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
• Mühasib kimi minimum 2 il iş təcrübəsi (istehsalat sahəsində üstünlük verilir);
• Vergi və əmək qanunvericiliyi barədə biliklər;
• 1C proqramı və Excel-də sərbəst işləmə bacarığı, sənəd dövriyyəsinə bələdlik;
• Diqqətlilik, məsuliyyət və dəqiqlik;
• Böyük həcmli məlumatlarla işləmək və müəyyən olunmuş müddətlərə riayət etmək bacarığı.


E-mail: hr@maxprint.az / info@finstaff.az