İş barədə məlumat
• Müştərilərin kreditləşməsi ilə bağlı qaimə-fakturaların və daxil olan ödənişlərin maliyyə siyasəti və prosedurlarına uyğun işlənməsi;
• Kredit üzrə ödənişlərin təsdiqi, ödənişə göndərilməsi, hesablaşma, depozit və uzadılma (prolongation) əməliyyatların aparılması;
• Ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi;
• Əməliyyatların düzgün qeydiyyatının aparılması və təhlükəsizliyinin təmin edilməsi;
• Ödənişlərlə yaranan problemləri müştəri tərəfindən təqdim edilən ödəniş çeklərinə əsasən araşdırılması və həll edilməsi;
• Müştəri tərəfindən hesabına artıq ödənilmiş pulun geri qaytarılması;
• Müştəri tərəfindən imtina edilən kreditin ləğvi;
• Bütün aparılan əməliyyatların uçota alınmasını və düzgün saxlanması təmin edilməsi;
• Müştərilərin ödəniş məsələlərini həll etmək üçün digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət həyata keçirilməsi;
• Müştərilərin ödəniş və köçürmə məhsulları ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində dəstək verməsi, lazımi məlumatlarla təmin etməsi;
• “ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak edilməsi;
• Təlimatlara uyğun olaraq bütün zəruri proqram təminatından istifadə etmək.
İmtiyazlar:
Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
Dadlı və limitsiz qəhvə;
“Team building” tədbirlərinin keçirilməsi;
İş şərtləri:
İş vaxtı: 5/2, 09:00-18:00;
Əmək haqqı: 900 AZN (net);
Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.