İş barədə məlumat
Azərbaycan Respublikasının qanunvericiliyinə (AML/CFT, sanksiyalar, ödəniş xidmətləri) və şirkətin daxili prosedurlarına riayət olunmasına nəzarət;
Əməliyyatların monitorinqi, müştəri yoxlamasının (CDD) aparılması, Maliyyə Monitorinqi Xidmətinə hesabatların hazırlanması və təqdim edilməsi, tənzimləyici orqanlarla qarşılıqlı əlaqə;
Daxili normativ sənədlərin (siyasətlər, qaydalar, prosedurlar) hazırlanması və yenilənməsi;
Müntəzəm daxili yoxlamaların və illik daxili auditin aparılması;
Daxili risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, düzəldici tədbirlərin icrasına nəzarət;
İdarəetmə orqanları və dövlət qurumları üçün hesabat və materialların hazırlanması;
Daxili nəzarət və AML/CFT mövzularında əməkdaşların təlimatlandırılması;
Maliyyə Monitorinqi Şöbəsinin rəhbərinin müavini funksiyalarının icrası (olmadığı hallarda).