İş barədə məlumat
Müştərilərin uçot proseslərinin tam və düzgün şəkildə aparılması, müvafiq nəzarətin təmin edilməsi;
Mühasibat və vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
Mühasibat və vergi uçotu ilə bağlı konsultasiya xidmətlərinin göstərilməsi;
Müştərilərə 1C proqramı üzrə texniki dəstək və müşayiət xidmətlərinin təmin edilməsi;
Müştərilərlə effektiv əməkdaşlığın qurulması və daxili hesabatlılığın aparılması.
İş Şəraiti
İş yeri: Şirkətin ofisi;
İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
Rəqabətli əmək haqqı, vəzifə və əmək haqqı artımı imkanları;
Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.