Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Audit departamentinin şöbə müdiri (Daxili audit departamenti)

Razılaşma
AFB Bank

Baxışların sayı: 40

Elan #16628

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
15.12.2025
Bitmə tarixi
11.01.2026
Əlaqədar şəxs
HR
Telefon
E-mail
cv@afb.az
Kateqoriya
Audit
Alt kateqoriya
Daxili Audit

İş barədə məlumat

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri

İşin təsviri:

Bank üzrə illik audit planının hazırlanması ilə bağlı departament direktoruna təkliflər təqdim edir;
Təsdiq edilmiş audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparır;
Bankın risklərin idarə edilməsi sistemini mütəmadi təhlil və təftiş edir, mövcud risklərin səviyyəsini qiymətləndirir;
Nəzarət sistemlərinin və korporativ idarəetmə mexanizmlərinin adekvatlığını qiymətləndirir;
Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit edir, onlara edilmiş dəyişikliklərin nəzarət sistemlərinə təsirini qiymətləndirir və bu barədə rəy verir;
Xərclərin səmərəliliyini və maliyyə resurslarının idarə olunması effektivliyini qiymətləndirir;
Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətləri barədə hesabatlar tərtib edir, həmçinin tövsiyələrin icrasına nəzarət edir;
Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak edir;
Aşkarlanmış qeyri-səmərəliliklər, hadisələr və işdə ləngimələr barədə, həmçinin bank üçün əhəmiyyət kəsb edən digər müşahidələr barədə departament direktorunu məlumatlandırır;
Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq digər aidiyyəti vəzifələri icra edir;
Bankın daxili qaydaları ilə məyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
Departament direktorunun tapşırığı ilə ona həvalə edilən digər işləri yerinə yetirir.

Namizədə tələblər

Ali iqtisadi, hüquqi və ya riyazi təhsil,
Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 4 illik təcrübə,
Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür),
Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (ACCA, CPA və ya CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlük sayılır)
Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.

E-mail: cv@afb.az / info@finstaff.az