İş barədə məlumat
• Bütün tədarükçü qurumların hesab-fakturalarının qəbulu, hesab-fakturaların tam və dəqiq olmasının yoxlanması, tələb olunan bütün sənədlərin hesab-fakturalarla uyğunluğunun təmin edilməsi
• Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərinə tarix möhürünün vurulması
• Tələb olunan bütün daxili imzaların və təsdiqlərin alınması
• Ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi
• Tamamlanmış hesab-fakturalar üzrə mühasibat qeydlərinin ERP proqramına (mühasibatlıq üzrə kompüter proqramı) daxil edilməsi
• Tədarükçülərlə yarımillik və illik razılaşmaların (üzləşmə aktları) əldə edilməsi
• Hesab-fakturaların qeydiyyata alınması və ehtiyat nüsxələrinin saxlanması
• Hesab-fakturaların icrası ilə bağlı tədarükçülərin telefon zənglərinin cavablandırılması
• İşçilərlə bağlı bütün xərc hesabatlarının əlaqələndirilməsi və xərclərlə bağlı təsdiqlənmiş sənədlərin icrası
• Ödəniş və digər gəlir hesablarının adekvat şəkildə idarə olunması, habelə dəqiq surətdə və vaxtında başa çatdırılması üçün əməliyyatların uçotunun aparılması, hesabların təhlili və əsas hesabların tutuşdurulmasının təmin edilməsinə cavabdehlik
• Müştəri/təchizatçı arasında baş verən mübahisələr, hesab və qalıqların təhlili, proses və ya sistemlə bağlı məsələlər və s. meydana çıxan müxtəlif problemlərin həllinə köməklik etməklə departament rəhbərliyinə dəstək verir
• Müştəri hesab-fakturalarının sistemə daxil edilməsi, satış hesabatı və satışla bağlı vergilər
• Bütün müştəri hesab-fakturalarının və ödənişlərinin ERP sistemində düzgün kodlaşdırılmasının təmin edilməsi
Əlavə məlumat:
• İş qrafiki: 5/2, 09:30-18:30
• Nahar şirkət tərəfindən təmin edilir
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı
• İş yeri- Çıraq Plaza