Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mikrokreditlər bölməsinin baş eksperti (Sumqayıt filialı)

Razılaşma
Bank of Baku

Baxışların sayı: 17

Elan #16617

Şəhər
Sumqayıt
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
12.12.2025
Bitmə tarixi
07.01.2026
Əlaqədar şəxs
HR
Telefon
145
Kateqoriya
Bank
Alt kateqoriya
Kredit mütəxəssisi

İş barədə məlumat

Bankın potensial müştərilərini mikrokreditlər proqramına cəlb etmək məqsədilə birbaşa marketinqi həyata keçirir;
Mikrokredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
Ərizəçilər haqqında ilkin məlumatları toplayır;
Toplanmış məlumatları təhlil edir və mümkün olan vasitələrlə yoxlayır;
Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir, mənfəət və zərər hesabatı nəticəsində aylıq ödəniş qabiliyyətini dəqiq müəyyən edir;;;
Ərizəçinin fəaliyyəti ilə bağlı və ödəniş qabiliyyətinə təsir edən digər riskləri müəyyən edir;
Analitik formulyar tərtib edir və doldurur. Ərizəçinin fəaliyyəti ilə bağlı olan bütün zərüri sənədlərin əslini və ya surətini formulyara əlavə edir;
Kreditin verilməsi ilə bağlı təklif hazırlayır və kredit işini Xidmət qurumunun kredit komitısinə/Xidmət qurumunun kiçik kredit komitəsinə(bundan sonra”XQKK/XQKKK”) təqdim edir;
XQKK/XQKKK-də iştirak edir;
XQKK/XQKKK-də təsdiq edilmiş kreditin verilməsi şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, iş sıxlığını nəzərə alaraq lazım gəldikdə kreditləri özü sənədləşdirir;

Biz sizə nə təklif edirik?

Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı

Namizədə tələblər

Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
MS Office proqramları ilə işləmə bacarığı;

E-mail:hr@bankofbaku.com / info@finstaff.az