İş barədə məlumat
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 1000 – 1200 AZN
İş yeri: “City Park Mall” (Babək pr, Ağ şəhər)
Vəzifə öhdəlikləri:
Qəbul edilmiş ilkin sənədlərə əsasən maddi vəsaitlərin sistemə düzgün daxil edilməsini təmin etmək.
Aktivlərin kateqoriyalar üzrə qruplaşdırılması, inventar nömrələrinin verilməsi və uçotda qeydiyyata alınması.
Aktivlərin amortizasiya hesablamalarını izləmək və sistemdə müvafiq düzəlişləri aparmaq.
Gündəlik mal-maddi dəyərlərin hərəkəti barədə məlumatları sistemdə qeydə almaq.
Malların mədaxil/məxaric sənədlərini yoxlamaq, dəqiqliyini təsdiqləmək və arxivləşdirmək.
Anbar qalıqlarına nəzarət etmək, uyğunsuzluq yarandıqda şöbə rəhbərini məlumatlandırmaq.
Müntəzəm və növbədənkənar inventarizasiyalarda iştirak etmək.
Sayım nəticələrinin sistemlə uzlaşdırılmasını təmin etmək.
Uyğunsuzluqlar barədə aktlar tərtib etmək və müvafiq bölmələrə təqdim etmək.
İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq