İş barədə məlumat
Təhkim olunduğu Yüngül Sənaye KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;
Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;
Monitorinqin satışa təsirini artırmaq;
KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
Müştərilərin kredit ödənişləri, gecikmələri və ödəmə planları haqqında məlumatlar toplamaq;
Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsini, planlarının yerinə yetirilməsini təmin etmək və müştəri davranışlarını izləmək;
Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;
Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;
Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;
Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət etmək;
Erkən xəbərdarlıq sistemi tərəfindən verilmiş riskli müştərilərə dair tədbirlər hazırlamaq, riskləri dəyərləndirmək.