İş barədə məlumat
Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;
Elektron ticarət (eCommerce) xidmətinin tədbiqi, inkişafı;
Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;
Bankın əməkdaşlıq etdiyi yerli ödəniş sistemi ilə (Millikart) əməkdaşlığın aparılması, inkişafı;
Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;
Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;
VTS və MDES xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;
Tələb olunduğu halda Apple Pay və Android Pay xidmətlərinin bankda tədbiqi, nəzarəti, inkişafı;
Tələb olunduğu halda Visa Direct, MasterCard Moneysend və digər olan layihələrin aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;
Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı.