İş barədə məlumat
Elektron İpoteka Portalı vasitəsilə banka müraciət edən müştərilərin Elektron İpoteka Sistemində (EİS) kredit işinin yaradılması;
Borcalanın ilkin qiymətləndirilməsi mərhələsində təqdim edilən sənədlərin kontrolu;
İpoteka predmetinin qiymətləndirilməsi haqqında məlumatların Qiymətləndirici şirkət tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək və nəticələrini yoxlamaq.
KÖ/G və K/İ əmsallarının hesablanması və bu əmsalların AİF tərəfindən qoyulan max. hədd tələbinə riayət olunmasına nəzarət;
Kreditin anderraytinqi prosesində AİF-in Qaydalarına uyğun formaların EİS üzərindən hazırlanması, müvafiq bölmələrə göndərilməsi;
Kredit, ipoteka (alqı-satqı) müqavilələri və ödəniş qrafikini EİS-dən ixrac edərək rəsmiləşdirmə üçün müvafiq şöbəyə göndərmək, kredit işinə aid sənədlərin surətlərini EİS-ə əlavə etmək;
Kreditlərin sistemdə yığılması, komissiyaların alınması,
Alqı-satqı prosesinin, borcalanın adına yeni çıxarışın və yüklülük çıxarışının alınması üzrə işlərin təqib edilməsi;
Əmlak və Həyat/fərdi qəza sığortaları üzrə məlumatların sığorta şirkətləri tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək;
Müştərilərə verilmiş ipoteka kreditlərinin AİF tərəfindən maliyyələşdirilməsi üçün İlkin maliyyələşmə (İM) və ya Yenidən maliyyələşmə (YM) barədə Bankın müraciət məktublarının hazırlanması və AİF-ə göndərilməsi, həmçinin EİS üzərindən elektron formada Fonda müraciət edilməsi;
İpoteka kağızının elektron tərtib edilməsi, ipoteka kağızının dövlət qeydiyyatının aparılması üçün DƏDRX-ə müraciət edilməsi;
Yenidən maliyyəşdirmə haqqında AİF tərəfindən razılıq verildiyi təqdirdə ipoteka kağızında indossament məbləğinin qeyd edilməsi və DƏDRX-ə ipoteka kağızının əlavə qeydiyyatı üçün müraciət edilməsi;
Kredit dosyasına daxil olan sənədlərin əsllərinin AİF-ə təhvil verilməsi ilə bağlı işlər, təhvil-təslim aktlarının, məktubların hazırlanması və sənədlər toplusunun AİF-ə təqdim edilməsi;
AİF tərəfindən göndərilən vəsaitlərin Bank sistemində uçotunun aparılması, İM və YM üzrə hesablanan faizlərin uçotu;
AİF ilə hesablaşmaların aparılması;
Hökümət Ödəniş Portalı (HÖP) ilə aparılan müştəri ödənişlərinin XML faylının Elektron İpoteka Portalından Ocean`a idxal edilməsi;
AİF və Bankdaxili hesabatların hazırlanması və təqdim edilməsi;
SİF kreditləri üzrə banka portal üzərindən daxil olan müraciətlərin qəbulu, investisiya layihələrinin dəyərləndirilməsi üçün Fonda müraciət;
SİF tərəfindən təsdiqlənən investisiya layihələri üzrə müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasına nəzarət;
Təsdiqlənən layihələr üzrə vəsait ayrılması üçün Fonda müraciət;
SİF tərəfindən köçürülən vəsaitin Bank sistemində uçotunun aparılması, aylıq əsas məbləğ və hesablanmış faizlərin Fonda köçürülməsi;
SİF kreditlərinin sistemdə avtorizasiyası, komissiyaların alınması, sığorta və qiymətləndirmə şirkətlərinə ipoteka krediti üzrə haqqların köçürülməsi;
SİF kreditləri üzrə Fondla hesablaşmalar;
SİF tərəfindən tələb olunan aylıq, rüblük və yarımillik hesabatların təqdim edilməsi;
Digər növ kreditlərin sənədlərinin müvafiq normativ aktlara, bankdaxili reqlamentlərə uyğunluğunu, düzgünlüyünü, tamlığını yoxlamaq və kreditlərin təhlükəsiz şəkildə verilməsini təmin etmək;
Müvafiq təlimatlarla əlaqədar müştəri hesablarının bloklaşdırılması və bu kimi işlərdə müvafiq program təminatında avtorizasiyaların edilməsi;
Öz işlərinin şöbə və departament müdiri ilə razılaşdırılmış qaydada təşkili və həyata keçirilməsi;
Gün sonu nəzarətlər və nəticələri barədə birbaşa Rəhbərinə hesabat vermək,
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi