Axtarış

Axtar

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Xərclərə nəzarət üzrə mütəxəssis

Razılaşma
AZCD Group QSC

Baxışların sayı: 43

Elan #16589

Şəhər
Bakı
Yaş
23 - 33 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
10.12.2025
Bitmə tarixi
08.01.2026
Əlaqədar şəxs
HR
Telefon
Kateqoriya
Maliyyə
Alt kateqoriya
Digər

İş barədə məlumat

Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir.

Vəzifə öhdəlikləri:

Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;
Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi;
Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsi;
Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünə nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət;
Faktiki xərclərin büdcə ilə müqayisəsi;
Satın alınan və ya tədarük edilən məhsulların/xidmətlərin dəyərinin müəyyən edilməsi;
Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı;
Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əmək şəraiti:

Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Namizədə tələblər

Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
Tikinti və sahəsində minimum 1 il iş təcrübəsi vacibdir;
Məntiqi və analitik düşüncə;
1C 8.3 proqramı ilə işləmə tərübəsi;
MS Office proqramları biliyi (xüsusilə Excel).

E-mail:talent@azcdgroup.com/info@finstaff.az